Metroda tuneldə tüstülənmə olub, qatarların hərəkəti 25 dəqiqə gecikib
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tuneldə tüstülənmə başa verib. Nəticədə qatarların hərəkəti 25 dəqiqə gecikib.
Bu barədə "Sizinxeber.az-Economics"ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sözügedən tunel xəttində qatar maşinisti tüstülənmə müəyyən edilib: "Metropolitenin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb. Bu barədə Fövqəladə Halllar Nazirliyinin adidiyyatı qurumuna məlumat verilib və yanğın söndürmə qrupu dəvət edilib. “Nizami”stansiyası sərnişinlərin girişi üçün bağlanılıb. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaranmayıb. Qatarların hərəkəti 25 dəqiqə sonra bərpa edilib"- açıqlamada bildirilib.
Qeyd olunub iki, hazırda həm qırmızı, həm də yaşıl xətt üzrə qatarların intervala uyğun hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub
Bakı Metropoliteni: Qatarların hərəkəti ləngiyir
Metropoliten: Qatarların hərəkəti ləngiyir
Metronun "Elmlər Akademiyası" stansiyasında olan qatarda nasazlıq qeydə alınıb
Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













