Bakı-Sumqayıt ekspres marşrut avtobusunun dayanacağı yerlər və gedişhaqqı açıqlanıb
sizinxeber.az xəbər saytı

Bakı-Sumqayıt ekspres marşrut avtobusunun dayanacağı yerlər və gedişhaqqı açıqlanıb


Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Oxşar xəbərlər

“20 Yanvar”dan Sumqayıta gedəcək ekspres marşrutunda gediş haqqı müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Sumqayıt istiqamətində yeni ekspres marşrutu istifadəyə verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər