AZAL-dan "Cyber Monday" kampaniyası ilə endirimlərə davam
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir. Aviaşirkət biletlərə endirim təklif edən "Cyber Monday" kampaniyasına start verir.
AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, 2 dekabr tarixində sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30% endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və ya mobil tətbiqində bilet alışı zamanı “CM2024” promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.
Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir.
Qeyd edək ki, kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
"Cyber Monday" kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi www.azal.az aytından və ya aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app
Oxşar xəbərlər
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
AZAL Bakıdan Təl-Əvivə və əks istiqamətdə reysləri dayandırıb
AZAL “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim edəcək
AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













