AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ildən Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.
"Sizinxeber.az" AZAL-a istinadən xəbər verir ki, bu barədə müzakirələr qurumun prezidenti Samir Rzayevlə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəlin ilə görüşündə aparılıb.
Görüşdə səfir Tomas Ştəlin yeni uçuş marşrutlarına dəstək verməyə hazır olduqlarını bildirib və viza müraciətlərinin artımını ikitərəfli əlaqələrin inkişafı kimi dəyərləndirib.
Tərəflər həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə müzakirələr apararaq ətraf mühitin qorunması istiqamətində yeni yanaşmaların tətbiqi məsələlərini nəzərdən keçiriblər.
Oxşar xəbərlər
AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq
“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
