ADY: Noyabrın 24-nə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
sizinxeber.az xəbər saytı

ADY: Noyabrın 24-nə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-də əlavə qatar reysləri təyin edib.

Bu barədə “Sizinxeber.az” ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.

Səhmdar Cəmiyyət şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə edir ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Bundan başqa, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.

Qurum bildirir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Oxşar xəbərlər

Noyabrın 17-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftəsonu əlavə qatar reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər