Bakıdakı bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib
Bakıda intensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu” stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.
"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
Paytaxtda iki nömrəli müntəzəm marşrut xətti "BakuBus"a verilib
Bakıda bir marşrut avtobusunun hərəkət cədvəli dəyişdirilib
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Bakıda üç marşrut avtobusunun hərəkət cədvəli dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
