Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb
sizinxeber.az xəbər saytı

Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb


"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.

APA xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem olmadığından "Nərimanov" stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.

"Sərnişinlərdən rica edirik ki, vaqonların qapılarına müdaxilə etməsinlər. Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzil başına vaxtında çatmasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur", - qurum qeyd edib.

Oxşar xəbərlər

Bakı metrosunda yubanma yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metronun "Elmlər Akademiyası" stansiyasında olan qatarda nasazlıq qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda qatar qapılarına müdaxilə edilməsilə bağlı siqnal daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində dörd dəqiqəlik yubanma yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər