Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib
2024-cü il oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
"APA-Economics" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bununla bağlı sərnişinlərə müraciət edib.
Sərnişinlərə tövsiyə olunub ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlasınlar. Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər. İctimai nəqliyyat vasitələrinə üstünlük versinlər.
"“Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir". - deyə müraciətdə qeyd edilib.
Oxşar xəbərlər
Bakı aeroportu Formula 1-lə bağlı səyahətçilərə müraciət edib
Kazan aeroportu PUA hücumuna görə reysləri dayandırıb
COP29-a hazırlıq məqsədi ilə paytaxtın bir sıra mərkəzi küçə və prospektində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 33% artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu: Payız mövsümündə 80-dən çox istiqamət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
