Azərbaycan yararsız torpaqların xüsusi çəkisini 15 %-ə endirməyi hədəfləyir
Azərbaycanın hədəflərdən biri yararsız torpaqların xüsusi çəkisinin 25 %-dən 15 %-ə endirilməsidir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda - "Karbon vergisinin iqtisadi təsirləri" mövzusunda sessiyada bildirib.
"2026-cı ilə qədər qarşıda bir sıra hədəflər var. Ümumi daxili məhsulun (ÜDM) illik orta hesabla 3-4 %-lik artımına nail olmaq istəyirik. O cümlədən qeyri-neft-qaz sektorunda 5 % artəm gözləyirik. Tullantıların təkrar emalı dərəcəsini paytaxtda 20 %-ə, regionlarda isə 10 %-ə, elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını isə 2026-cı ilə qədər 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırmaq hədəflənir. Bu hədəflərə çatmaq üçün əvvəl ekoloji, iqtisadi və sosial qiymətləndirmə aparılmalıdır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xidmət rəisi: "Son zamanlar gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır"
Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur"
İqtisadiyyat naziri: "Azərbaycan "yaşıl keçid"in əsas iştirakçılarından biridir"
Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək
İqtisadiyyat naziri: "Karbon qiymətləndirilməsi biznesin inkişafına dövlət dəstəyini əhatə edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
