Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırılıb - FOTO
Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
AYNA-dan "APA-Economics"ə verilən məlumata görə, bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrutu da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub.
Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək mürşrutun fəaliyyətinə əngəl törədilib.
Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib.
Oxşar xəbərlər
Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
İşğaldan azad edilmiş ərazilərdə şəhərlərarası marşrut xətləri müsabiqəyə çıxarılıb
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
AYNA-dan "London" taksiləri ilə bağlı - AÇIQLAMA
Bakıda 11 avtobus marşrutu müsabiqəyə çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












