Hadrut və Tuğ kəndinin daxili yollarının tikintisi üçün 13 mln. manat xərclənəcək
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.
Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi "İnşaatçı-Neftçi" MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, "İnşaatçı-Neftçi" MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Faiq Zeynalov Səmid oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.
Oxşar xəbərlər
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib - YENİLƏNİR [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Adore" 9 mln. manata yaxın kapitalını geri çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bank of Baku"nun Müşahidə Şurasına yeni təyinatlar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gömrük xətti ilə büdcə daxilolmaları bu il 4 mlrd. manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray" Teteni "Panatinaikos"a satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












