COP29 vaxtı metronun fəaliyyəti yerüstü nəqliyyata uyğun tənzimlənəcək
Hazırda COP29-la bağlı Bakı metropoliteninin iş rejimində hansısa dəyişiklik nəzərdə tutulmayıb.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Lakin şəhərimizə dövlət rəsmiləri, mötəbər qonaqlar gələcək. Qonaqların sayı kifayət qədər çox olacaq. Bununla əlaqədar yerüstü şəhər infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq metroda da müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq", - B.Məmmədov əlavə edib.
Qurumun rəsmisi bildirib ki, hazırda bütün qurumlarla intensiv əlaqələrin təmin edilməsi, o cümlədən COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir:
"Əmin olun ki, COP 29 dövründə nəinki qonaqlarımızın, həm də Bakı metrosundan daimi istifadə edən sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək".
Oxşar xəbərlər
Bəxtiyar Məmmədov: “COP29-la bağlı Bakı metrosunda iş rejimi dəyişməyəcək”
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub
COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək
“Qarabağ”ın oyunu ilə əlaqədar Bakı metrosunda iş rejimi gücləndiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
