Yevlaxda dəmir yoluna çıxan kişini qatar vurub
Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".
"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilir.
Oxşar xəbərlər
Yevlaxda dəmir yoluna çıxan qadını qatar vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda dəmir yolunun qadağan olunmuş yerindən keçən qadını qatar vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabratda dəmir yoluna çıxan qadını qatar vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Dəmir yolunun qadağan olunmuş hissəsindən keçən piyada xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta yaşlı qadın qəfil sürətli sərnişin qatarının qarşısına çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












