Nehrəm qəsəbəsinin içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur
sizinxeber.az xəbər saytı

Nehrəm qəsəbəsinin içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur


Naxçıvan Muxtar Respublikasının Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər həyata keçirilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində içməli su şəbəkəsində 7 766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2 028 evə su sayğacı quraşdırılıb.

Kanalizasiya şəbəkəsində diametri 100150 millimetr olan 23 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2 425 ev kanalizasiya şəbəkəsinə qoşulub.

Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2 320 abonentlə müqavilə bağlanılıb. Hazırda 92 evin yarım qalan tamamlanma işləri görülür.

Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, sakinlərin rifah halını yaxşılaşdırmaqdan ibarətdir.

Oxşar xəbərlər

Astaradakı Əlişah qalasında 8 m uzunluqda saxsı kanalizasiya borusu aşkarlanıb
EBRD Gəncənin ekoloji keçidini dəstəkləyəcək
Lənkəranın kəndində kanalizasiya problemi: Çirkab suları həyətlərə axır - VİDEO
EBRD Azərbaycanda su təchizatının qurulmasına 370 mln. avro kredit ayıra bilər
Naxçıvanda 2 700 metrlik yeni su xətti çəkilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər