Naxçıvanda 3 kiçik dövlət müəssisəsi və 7 qeyri-yaşayış sahəsi özəlləşdirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.
Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıq tam təmin olunub, prosesin videoçəkilişi aparılıb.
Sifarişçilərin iştirakı ilə özəlləşdirilməyə çıxarılmış 4 kiçik dövlət müəssisəsindən 3-ü hərrac yolu ilə satılıb. Ordubad şəhərində yerləşən kiçik dövlət müəssisəsinin sifarişçisi olmadığından hərrac baş tutmamış hesab olunub.
Bundan başqa, muxtar respublikada 8 qeyri-yaşayış sahəsinin də özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Şərur, Ordubad, Babək və Culfa rayonlarından müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.
Özəlləşdirilməyə çıxarılan 8 qeyri-yaşayış sahəsindən 7-si hərrac yolu ilə satılıb, 1 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub.
Oxşar xəbərlər
Naxçıvanda yeni publik şəxslər təsis edilib
"Azərbaycan Beynəlxalq Bankı"na məxsus iki əmlak özəlləşdirilib
Naxçıvanda “Ərəzin” gips yatağının bir hissəsi özəlləşdirilib
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 39 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












