“Bakı Metropoliteni” ilə “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb
Gələn il Bakıda keçiriləcək dünya metropolitenlərinin ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.
"APA-Economics" xəbər verir ki, sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy imzalayıblar.
“Metrokonnekt” (MetroConnect) adlandırılan konfrans gələn ilin aprelində baş tutacaq. Konfransın gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.
Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metropolitenində tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.
Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.
Oxşar xəbərlər
Gələn il Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək
ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Qazaxıstan arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Qazaxıstan arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
ETX ilə Azərbaycan-Fransız Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












