ETX ilə Azərbaycan-Fransız Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

ETX ilə Azərbaycan-Fransız Universiteti arasında Anlaşma Memorandumu imzalanıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsi nəzdində Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında 8 avqust 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən “Sizinxeber.az-Economics”ə bildirilib ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitet tərəfindən təşkil edilmiş tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

ETX Azərbaycan-Fransız Universiteti ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanla Qazaxıstan arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Qazaxıstan arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər