DÇ-2026-nın mükafat məbləğləri bəlli oldu
DÇ-2026-nın mükafat məbləğləri bəlli oldu
48 komandanın iştirak etdiyi 2026-cı il dünya çempionatında mükafat fondunun detalları açıqlanıb.
Axar.az xəbər verir ki, FİFA Dünya çempionatı üçün ümumilikdə rekord həcmdə - 871 milyon ABŞ dolları məbləğində mükafat fondu ayırıb.
Finalda Argentinanı məğlub edən ispanlar 51 milyon ABŞ dolları qazanıblar. Finalçı Argentina 34 milyon dollar mükafata layiq görülüb, üçüncü yeri tutan İngiltərə 30 milyon, dördüncü pillədə qərarlaşan Fransa isə 28 milyon ABŞ dolları əldə edib.
Dünya çempionatında iştirak edən 48 milli federasiyanın hər biri turnirdə çıxış etdiyinə görə minimum 12,5 milyon ABŞ dolları gəlir əldə edib.
Mükafatlarla bağlı mümkün problemlərin qarşısını almaq məqsədilə bu məbləğin 2,5 milyon dolları turnirdən əvvəl hazırlıq və məşq xərclərinin qarşılanması üçün avans şəklində federasiyaların hesablarına köçürülüb. Qalan 10 milyon dollar isə seçmə mərhələsi və qrup mərhələsində iştiraka görə ödənilən mükafat kimi müəyyənləşdirilib.
