Azərbaycan Çinlə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Çin arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Çinin dövlət internet informasiya ofisinin naziri Cuan Junven ilə görüşdə aparılıb.
"İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq. Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq", - R.Nəbiyev vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Vyetnamla kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Gürcüstan BTQ layihəsi çərçivəsində birgə səyləri müzakirə edib
Azərbaycan ABŞ ilə Orta Dəhliz üzərindən daşımaların perspektivlərini müzakirə edib
Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb
Azərbaycan Dünya Bankı ilə rəqəmsal bacarıqların inkişafını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

