Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün icra vəziyyəti ilə tanış olublar
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün icra vəziyyəti ilə tanış olublar


Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar.

"Sizinxeber.az"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu körpü regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq.

Xatırladaq ki, bu gün Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olub.

Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

Oxşar xəbərlər

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb
Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək
Azərbaycanın Rusiya ilə ticarətində rublun payı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə 1 400 km-dən çox avtomobil yolu tikilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər