Azərbaycandan Ermənistana göndərilən 900 tona yaxın dizel yanacağı Bakıdan yola düşüb - YENİLƏNİB
Bu gün Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
"Sizinxeber.az" xəbər verir ki, 15 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir.
"Sizinxeber.az" xəbər verir ki, bu gün Azərbaycandan Ermənistana 15 vaqon (887 ton) dizel yanacağı göndəriləcək.
İndiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb
Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya gübrəsi və qarabaşağı Biləcəridən yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
