Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 10 % artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 10 % artıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 milyon 395 min ton təşkil edib.

“Sizinxeber.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 489,3 min ton və yaxud 10 % çoxdur.

Məlumata əsasən, yüklərin 48,2 %-i neft yükləri olub. Dəniz limanları vasitəsilə 7 906,7 min ton həcmində (-2 %) yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 399 min tonunu (-0,8 %) və ya 80,9 %-ni tranzit yüklər təşkil edib.

Avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 ton və yaxud 3,4 % azdır.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb.

Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı isə illik müqayisədə 900 nəfər və yaxud 5,7 % azalaraq 14,8 min nəfər olub.

Oxşar xəbərlər

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 13 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşıma 20 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşınması 1 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər