Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşınması 1 %-dən çox azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşınması 1 %-dən çox azalıb


Bu ilin I yarısında Azərbaycanın nəqliyyat dəhlizlərində 16 milyon 180 min ton yük daşınıb.

"Sizinxeber.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır.

O cümlədən, yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon 120,1 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 752,2 min ton, avtomobil nəqliyyatı ilə 5 milyon 307,7 min ton yük daşınıb.

Bundan başqa, hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 milyon 300,8 min ton (1,6 % çox), o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 milyon 088,9 min ton (3,6 % az), Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 690,5 min ton (2,4 % az), Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 930,4 min ton (9,8 % az), Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton (42,6 % çox) təşkil edib.

6 ay ərzində dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45,8 %-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 %-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,1 %-i tranzit yüklər olub.

Oxşar xəbərlər

Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb
Azərbaycandan keçən nəqliyyat dəhlizlərində yük daşınması 1 %-dən çox artıb
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi açıqlanıb
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yükdaşımalar artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle