Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşıma 20 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin eyni dövrünə nisbətən 20,4 % artaraq 24,2 min nəfər olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 10 ay ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 7 milyon 164,2 min ton təşkil edib və illik müqayisədə 6,4 % azalıb. Yüklərin 47,6 %-ni neft yükləri təşkil edib.
Hesabat dövründə dəniz limanları 11 milyon 704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib, yüklərin 9 milyon 360,2 min tonunu və yaxud 80,2 %-ni tranzit yüklər təşkil edib.
Bu ilin noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 501,7 min ton olub.
Oxşar xəbərlər
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb
Azərbaycanda sərnişindaşıma 9 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
