sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ADY: Təmir işləri ilə əlaqədar qatarların hərəkətində yarım saatadək gecikmələr ola bilər
Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.
"ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir", - məlumatda qeyd olunur.
Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək.
Oxşar xəbərlər
ADY: Bakı-Keşlə sahəsində təmir işləri ilə bağlı qatarların hərəkətində gecikmələr ola bilər
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub
ADY Bakı-Balakən qatarlarının qrafikində dəyişikliklər edib - CƏDVƏL
Hava ilə bağlı dəmir yolunda qatarların sürət həddi endirilib
ADY: Bəzi qatarların hərəkətində gecikmələr müşahidə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













