Bakıda Eldar Babayev küçəsi təmir olunur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Eldar Babayev küçəsini təmir edir.
"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, uzunluğu 1,35 km olan sözügedən küçənin ortalama eni 8 metrdir.
Aparılan təmir işləri çərçivəsində hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, mövcud piyada səkilərinin bərpası, 1600 p/m bordür daşlarının düzülməsi işləri icra olunur.
Bu işlərlə paralel olaraq, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Oxşar xəbərlər
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır
Bakının Atatürk prospektinin bir hissəsi təmir olunub
Bakının Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub
Bakının Nizami küçəsində təmir işləri aparılır
Bakının Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












