ABADA: Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika şirkətlərinin xərcləri azalacaq
Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalacağı gözlənilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, bu dəhlizin istifadəyə verilməsi yüklərin daha tez daşınmasına imkan yaradacaq: "Məsafənin azalması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və bu da öz növbəsində daşıma tariflərinin aşağı düşməsinə şərait yaradacaq".
Baş katib vurğulayıb ki, Zəngəzur dəhlizi tranzit imkanlarını artıraraq, regional ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
"Prezident İlham Əliyevin uzaqgörən qərarları nəticəsində Orta Dəhlizin infrastrukturunun inkişafı istiqamətində ciddi addımlar atılıb. Ələtdə yerləşən Bakı Limanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əgər bu addımlar atılmasaydı, biz Orta Dəhlizi bu gün bu formada işlədə bilməzdik. Azərbaycanda magistral yolların tikilməsi də məhz bu dəhlizin inkişafı məqsədi ilə həyata keçirilib və bu gün nəticəsini görürük".
Oxşar xəbərlər
Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik
ABADA: Azərbaycanla Rusiya arasında yükdaşımalarında heç bir problem yaşanmayıb
Türkiyəli nazir: Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir
Qaydar Abdikerimov: “Bakı limanının ADY-yə birləşdirilməsi logistika sisteminin səmərəliliyini artıracaq”
ABADA: Azərbaycan daşıyıcıları Aİ ölkələrində çətinliklərlə üzləşirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












