QDTİB Azərbaycanın iştirakı ilə nəqliyyat dəhlizləri üzrə prioritetləri müəyyən edib
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirən layihələrə prioritet diqqət yetirmək niyyətindədir.
Bunu “Sizinxeber.az”a müsahibəsində QDTİB-in prezidenti Serhat Köksal bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən, iqtisadi əlaqələri gücləndirən və üzv ölkələr arasında ticarət və əməkdaşlığı genişləndirən mühüm ticarət marşrutudur.
S.Köksal, prioritet layihələr arasında Orta Dəhlizlə yanaşı, "Şimal-Cənub" dəhlizini və Böyük İpək Yolunu da qeyd edib.
Bank prezidenti vurğulayıb ki, əlaqələri və logistikanı təkmilləşdirən transsərhəd layihələrin dəstəklənməsi onların mandatına birbaşa uyğundur: "Belə layihələr, adətən, irimiqyaslıdır və dövlət qurumları, beynəlxalq maliyyə tərəfdaşları və özəl sektor arasında mürəkkəb qarşılıqlı əlaqə tələb edir. QDTİB həm maliyyə, həm də institusional iştirak baxımından onlara dəstək olmaqda fəal rol oynamağa hazırdır".
Bank rəhbərinin fikrincə, bu marşrut boyunca nəqliyyat infrastrukturuna investisiyalar regional inkişaf bankı kimi QDTİB üçün əhəmiyyətli imkanlar yaradır.
S.Köksal vurğulayıb ki, nəqliyyat sektorunun Azərbaycanın iqtisadiyyatında vacib rol oynamasını və regional inteqrasiya üçün əhəmiyyətini nəzərə alaraq, bu sektor da üçün strateji əhəmiyyətli sahə olaraq qalır.
"2023-cü ildə Azərbaycanın İqtisadiyyat Nazirliyinin nəzdində dövlət-özəl tərəfdaşlığı (PPP) məsələləri üzrə ixtisaslaşdırılmış bölmə yaradılıb və o, artıq yeni layihələrin, o cümlədən nəqliyyat sektorunda infrastruktur təşəbbüslərinin hazırlanması üzərində işləyir. QDTİB gələcək PPP layihələrinin maliyyələşdirilməsində iştirak etmək üçün bu bölmə ilə sıx əməkdaşlıq etməyi planlaşdırır", - o bildirib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
QDTİB Azərbaycanda BOEM sahəsinə investisiya imkanlarını nəzərdən keçirir
QDTİB-nin Rəhbərlər Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib
Serhat Köksal: "QDTİB Azərbaycanın strateji rolunu gücləndirəcək layihələri dəstəkləməyə hazırdır“ - MÜSAHİBƏ
TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












