ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Anlaşma Memorandumu imzalayıb.
"Report" xəbər verir ki, bu barədə ADY-nin sədri Rövşən Rüstəmov sosial şəbəkədəki hesabında məlumat verib.
Məlumata görə, sənədi ADY sədri Çinə səfəri çərçivəsində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə birlikdə imzalayıb.
"Səfər çərçivəsində “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovla Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsini müzakirə etdik. Həmçinin Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak etdik", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından istifadə imkanlarını müzakirə ediblər
Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək
ADY və “Özbəkistan Dəmir Yolları” Avrasiya Nəqliyyat Marşrutunun potensialını müzakirə edib
“Qazaxıstan Dəmir Yolları”na yeni rəhbər təyin edilib
Nazir: "Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır" – EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
