Rəsmi Tehran: ABŞ-la müzakirə olunan məsələlərin böyük hissəsi üzrə nəticəyə gəldiyimizi demək olar
sizinxeber.az xəbər saytı

Rəsmi Tehran: ABŞ-la müzakirə olunan məsələlərin böyük hissəsi üzrə nəticəyə gəldiyimizi demək olar



ABŞ-la danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

Sizinxeber.az-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

O deyib ki, hazırkı mərhələdə nüvə proqramının detalları müzakirə olunmur.

XİN sözçüsü qeyd edib ki, Livanda müharibənin dayandırılması məsələsi ilkin razılaşma layihəsinə daxil edilib.

Bəqainin sözlərinə görə, son günlərdə baş verən irəliləyiş Pakistanın vasitəçiliyi və digər bəzi ölkələr vasitəsilə aparılan bir neçə həftəlik danışıqların nəticəsidir.

"Müzakirə olunan məsələlərin böyük bir hissəsi üzrə nəticəyə gəldiyimizi demək olar, lakin bu, sazişin yaxın zamanda imzalanacağı anlamına gəlmir", - o vurğulayıb.

Bəqai əlavə edib ki, ABŞ-da siyasi xətt sabit deyil və mövqe və baxışlarda ziddiyyətli dəyişikliklər mövcuddur.

Oxşar xəbərlər

İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb - YENİLƏNİB
Bəqai: Hazırkı mərhələdə diqqət müharibənin dayandırılmasına yönəlib
İran XİN: Danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib
İran XİN danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər