Bakıda Azərbaycan-Afrika əlaqələri müzakirə edilib - FOTO
Bakıda “Afrika Günü” konfransı çərçivəsində “Azərbaycan-Afrika əlaqələri: Hazırkı dinamika və strateji potensial” adlı panel müzakirəsi keçirilib.
Sizinxeber.az xəbər verir ki, paneldə Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlığın genişlənməsi, xüsusilə dövlət xidmətləri, təhsil və kənd təsərrüfatı sahələrində tərəfdaşlığın inkişafı Bakıda keçirilən tədbirdə diqqət mərkəzində olub.
Afrika ölkələrinin Azərbaycandakı və Azərbaycanın Afrika ölkələrindəki səfirlərinin iştirakı ilə baş tutan müzakirələr zamanı iqlim dəyişikliyi və kənd təsərrüfatında texnologiya və innovasiyaların əhəmiyyəti vurğulanıb. Çıxış edənlər Azərbaycanla Afrika ölkələri arasında bu sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Son illər təhsil sahəsində Azərbaycan və Afrika arasında əməkdaşlığın gücləndiyi vurğulanıb və çoxsaylı afrikalı tələbələrin Azərbaycanda tibb, İKT və digər ixtisaslar üzrə təhsil aldığı qeyd olunub. Xüsusilə, Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada tətbiqinin uğurlu nəticələr verdiyini vurğulayıb.
Qeyd olunub ki, dövlət xidmətlərinin vahid mərkəzdən yerinə yetirilməsi Afrikada idarəetmə problemlərinin həllinə töhfə verir. Bundan əlavə, Azərbaycanın Afrikadakı diplomatik fəallığının artdığı, gələcəkdə Bakıda daha çox Afrika ölkəsinin səfirliyinin fəaliyyət göstərə biləcəyi bildirilib.
Çıxışlarda həmçinin Afrika İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli müntəzəm görüşlərin keçirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi təşəbbüsləri də səsləndirilib.
Oxşar xəbərlər
Səfir: Afrika və Azərbaycan arasında strateji tərəfdaşlıq üçün böyük potensial var
Ceyhun Bayramov: Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi hər zaman prioritetdir
Fransa Afrika ölkələrinə €14 milyard investisiya yatıracaq
Elçin Babayev: Azərbaycan və Afrika ölkələri təhsil sahəsində əməkdaşlığı genişləndirir
Fransa Afrika ölkələrinə 14 milyard investisiya yatıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
-
Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
