Nazir: "Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır" – EKSKLÜZİV
Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını, o cümlədən özəl sektorun iştirakını araşdırır.
Bunu “Report”a açıqlamasında Pakistanın dəmir yolları üzrə dövlət naziri, Pakistan Milli Assambleyasının üzvü Bilal Azhar Kayani bildirib.
Onun sözlərinə görə, hazırda Pakistan Dəmir Yolları ölkədə əsas dəmir yolu xətlərinin genişmiqyaslı yenidənqurulması və modernizasiyası üzrə layihələr həyata keçirir:
“Əsas dəmir yolu xəttimizin tam təkmilləşdirilməsi ilə bağlı planlarımız var. Bu layihə gələcəkdə ölkənin dəmir yolu infrastrukturunun inkişafı üçün möhkəm baza yaradacaq. Bununla yanaşı, region ölkələri ilə birgə regional əlaqəliliyin gücləndirilməsi istiqamətində təşəbbüslər üzərində də əməkdaşlıq edirik”.
Nazir vurğulayıb ki, bu kontekstdə Azərbaycanla əməkdaşlıq xüsusilə əhəmiyyətlidir: “Azərbaycanla həm əsas dəmir yolu xətlərinin modernizasiyası, həm də regional əlaqəliliyin inkişafı sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndiririk. Bu əməkdaşlıqda özəl sektorun iştirakı da nəzərdən keçirilir və dövlətlərarası tərəfdaşlıq yolları dəyərləndirilir”.
Oxşar xəbərlər
Nazir: “Pakistan Azərbaycanın investorları üçün geniş imkanlar təklif edir”
Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
Bilal Kayani: "Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayəsi üzrə danışıqlar intensivləşib" - EKSKLÜZİV
UIC-in sədri: "Dəmir yolu infrastrukturlarına sərmayələr artırılmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
