Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub


İpoteka və Kredit Zəmanət Fondu Bakı və Sumqayıt şəhərlərində daha 359 tam təmirli mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, söhbət Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Həmdəm Ağayev və Zəfər küçələrində yerləşən yaşayış kompleksindəki 79 və Sumqayıtın Sülh prospektindəki Üst trikotaj fabrikinin cənubunda, 3-cü məhəllədə yerləşən yaşayış kompleksindəki 280 mənzildən gedir.

Bakıdakı mənzillər 3 və 4 otaqlı, Sumqayıtdakı mənzillər isə 1, 2 və 3 otaqlıdır.

Yeni mənzillər seçim üçün iyulun 14-ü saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7 280 kirayə müqaviləsi bağlanılıb.

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil fonduna daha 150 mənzil əlavə olunub
Azərbaycanda daha 207 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Azərbaycanda daha 296 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Bakıda daha 213 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər