Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır
Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə şəhərin Baş planı ilə bağlı layihəni icra edən Böyük Britaniyanın "Chapman Taylor" şirkətinin direktoru Marselina Zieliniska bildirib.
Onun sözlərinə görə, şəhərdə əhalinin sayının arta biləcəyini nəzərə alaraq, burada daimi yaşayan sakinlərlə yanaşı, gələcəkdə məskunlaşacaq insanlar üçün də yeni yaşayış komplekslərinin salınmasına ehtiyac yaranacaq. Bu səbəbdən, əhalinin daha komfortlu yaşayışı və istirahəti üçün zəruri infrastrukturun qurulması nəzərdə tutulur.
M.Zieliniska qeyd edib ki, şəhərin yaşıllıq ərazilərinin artırılması istiqamətində də böyük potensial mövcuddur:
"Şirkətin missiyasının əsas istiqamətlərindən biri də məhz bu sahəni əhatə edir – yeni yaşıllıq zonalarının yaradılması planlaşdırılır. Mövcud parkların heç birinə toxunulmayacaq. Xüsusilə bu iqlim şəraitində yaşıllığın önəmini nəzərə alaraq, Naxçıvançay vadisində və digər su hövzələrinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi məqsədəuyğundur. Beləliklə, sakinlər bu məkanlarda daha səmərəli və keyfiyyətli istirahət edə biləcəklər".
Oxşar xəbərlər
Naxçıvan şəhərinin Baş planının hazırlanması Britaniya şirkətinə həvalə olunub
Media nümayəndələri Zəngilanda yaşayış komplekslərinin tikintisi ilə tanış olublar - FOTO
Sabah Naxçıvanın bəzi hissələrində su olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
