Azərbaycanda son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb
Azərbaycanda son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş standartlaşdırma sahəsində maarifləndirici seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə isə 232 yeni dövlət standartı qəbul olunub.
Bildirib ki. 2021-ci illə müqayisədə 2024-cü ildə qəbul edilən standartların sayı 6 dəfədən çox artıb.
"Bu ilin yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub. Eyni zamanda, standartlaşdırma sahəsində mövcud dövlət standartlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin dövri yoxlaması aparılır. 2025-ci ilin ilk 5 ayında 45 dövlət standartının dövri yoxlaması həyata keçirilib", – deyə o qeyd edib.
Oxşar xəbərlər
Son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qəbul edilən yeni dövlət standartlarının sayı 2 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmalə Məmmədzadə: "Yeni "Milli Standartlaşdırma Proqramı” formalaşdırılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












