"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
sizinxeber.az xəbər saytı

"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”, COP29 çərçivəsində ABŞ-nin "Schlumberger" (SLB) şirkəti ilə ölkədə geotermal enerji potensialının birgə öyrənilməsi üçün əməkdaşlıq barədə razılığa gəlib.

Bu barədə “Sizinxeber.az” “SOCAR Green”in bu gün "Linkedin" sosial şəbəkəsindəki hesabında dərc edilmiş məlumatına istinadən xəbər verir.

"COP29 kuluarlarında “SOCAR Green” və SLB Azərbaycanda geotermal enerji layihələrinin inkişafı üzrə Anlaşma Memorandumu imzalayıblar", - məlumatda bildirilib.

Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və SLB şirkətinin “New Energy” bölməsinin prezidenti Qevin Rennik imzalayıblar.

SLB-nin sosial şəbəkəsindəki məlumatında qeyd olunub ki, memorandum çərçivəsində şirkət “SOCAR Green”ə geotermal layihələrin bütün mərhələlərində hərtərəfli texniki dəstək göstərəcək.

"Qarabağ regionu geotermal enerji üçün böyük potensiala malikdir. SLB-nin “GeothermEx” məsləhət qrupu bu sahənin inkişaf istiqamətlərinin qiymətləndirilməsi üçün “SOCAR Green” ilə əməkdaşlıq edəcək", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır
“SOCAR Green” Azərbaycanın su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılmasına dair memorandum imzalayıb
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib
SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq
Elmir Musayev: “SOCAR Green” milli enerji şirkətinə çevrilmək astanasındadır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər