"Şəfəq-Asiman" blokunda daha bir quyu qazılacaq
sizinxeber.az xəbər saytı

"Şəfəq-Asiman" blokunda daha bir quyu qazılacaq


"Şəfəq-Asiman" dəniz blokunda ikinci quyu qazılması planlaşdırılır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Onun sözlərinə görə, bir neçə il əvvəl blokda ilk kəşfiyyat quyusu qazılıb və burada ehtiyyatları kəşf olunub. Quyudan əldə edilən bütün məlumatları təhlil etdikdən sonra belə qənaətə gəlindi ki, blokun imkanları daha böyükdür və burada ikinci quyu da qazılsın.

Qordon Birrell onu da qeyd edib ki, BP və SOCAR-ın Xəzər dənizində çoxdankı və çox etibarlı tərəfdaşı olan Türkiyənin TPAO (Türkiyə Petroleum) neft şirkəti bu tərəfdaşlığa qoşulmaqda güclü maraqlı olduğunu bildirib.

"TPAO indi rəsmi olaraq BP və SOCAR ilə tərəfdaşlığa qoşulublar və biz layın daha böyük olduğunu təsdiqləmək üçün bu blokda ikinci quyunu qazmağı planlaşdırırıq", - vitse-prezident vurğulayıb.

Oxşar xəbərlər

"Şəfəq-Asiman" dəniz blokunda hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb
BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq
AÇG-də bu il 19 quyu qazılacaq
"Qarabağ" yatağından ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq
AÇG-də sərbəst qaz hasilatı üzrə ilk quyu tamamlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər