Nazir: “Azərbaycan qaz ehtiyatlarının inkişafının yeni mərhələsinə daxil olur”
Azərbaycan təbii qaz ehtiyatlarının inkişafının yeni mərhələsinə daxil olur.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, etibarlı enerji təchizatçısı olaraq, Azərbaycanın qaz sənayesinin davamlı inkişafı strateji əhəmiyyət daşıyır: "Bu, xüsusilə avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Biz hazırda təbii qaz ehtiyatlarımızın inkişafının yeni mərhələsinə daxil oluruq, beş böyük layihə həyata keçirilir”.
Nazir qeyd edib ki, Bakı Enerji Həftəsi ərzində həmçinin əsas sazişlər irəli aparılır: “Bunlar TPAO-nun “Şəfəq-Asiman” layihəsində iştirakı, "ExxonMobil" şirkəti ilə quruda neft və qaz üzrə müqaviləsi; MOL, ITOCHU və "Gran Tierra Energy" ilə əlavə sazişlərdir. Bunların hamısı bu istiqamətdə əhəmiyyətli irəliləyişi təmsil edir".
Nazir qeyd edib ki, 2030-cu ilə qədər 2 700 MVt külək və günəş enerjisinin Azərbaycanın milli şəbəkəsinə inteqrasiyası təxminən 1,5 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək: "Bu da əlavə enerji təchizatı mənbəyidir. Lakin bu həcmləri səmərəli şəkildə nəql etmək üçün biz Cənub Qaz Dəhlizi daxil olmaqla regional ötürücü infrastrukturumuzu genişləndirməliyik. Yeni bazarları təmin etmək və mövcud tərəfdaşlar üçün həcmləri artırmaq məqsədilə, "upstream" investisiyalarını dəstəkləmək və alıcı zəmanətlərini təmin etmək eyni dərəcədə vacibdir".
Oxşar xəbərlər
Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq"
Pərviz Şahbazov: “Enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər”
“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
Nazir müavini: “Avropada enerji təhlükəsizliyinə töhfəmizi davam etdirəcəyik”
İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












