Hemant Mistri: "Neft bazarındakı dəyişkənliklər fonunda aviasiya sənayesinin perspektivləri qeyri-müəyyən olaraq qalır"
sizinxeber.az xəbər saytı

Hemant Mistri: "Neft bazarındakı dəyişkənliklər fonunda aviasiya sənayesinin perspektivləri qeyri-müəyyən olaraq qalır"


Neft bazarı təklifin artması və tələbin azalması fonunda həssas olaraq qalır.

“Report”un məlumatına görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) sıfır emissiyaya keçid üzrə direktoru Hemant Mistri Bakıda keçirilən “Aviasiya Enerji Forumu 2025”də deyib.

Onun sözlərinə görə, aviasiya yanacağının qiymətləri azalmağa davam edir.

"Hazırda aviasiya yanacağının orta qiyməti təxminən 80 ABŞ dolları təşkil edir - bu, əvvəlki dövrlə müqayisədə 10 ABŞ dolları azdır. Yanacağın ucuzlaşması aviaşirkətlərə qısamüddətli maliyyə faydaları gətirsə də, bu tendensiya həm də qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıq doğurur ki, bu da aviadaşımalara olan tələbə mənfi təsir göstərə bilər. Beləliklə, sənayemizin perspektivləri qeyri-müəyyən olaraq qalır. Biz bazarın sabitləşməsinə ümid edirik, lakin əsas məsələ mümkün çətinliklərə hazır olmaq və birgə işi davam etdirməkdir", - H.Mistri vurğulayıb.

Oxşar xəbərlər

IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
IATA direktoru: Neftin ucuzlaşması hava nəqliyyatına təsir edə bilər
İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Hemant Mistry: Azərbaycan iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirir
Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər