Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb
Aprelin 19-da “Kavkasioni” elektrik ötürmə xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.
“Sizinxeber.az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.
Paytaxtda elektrik enerjisinin kəsilməsi səbəbindən metronun birinci xəttində qatarların fəaliyyəti dayandırılıb.
Gürcüstanın enerji operatorunun bildirdiyinə görə, elektrik enerjisinin verilişi tədricən bərpa olunur. Tiflisin bir çox ərazilərində elektrik enerjisinin verilişi artıq bərpa olunub.
Bu, apreldə ölkədə baş vermiş artıq ikinci genişmiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş vermişdi.
Oxşar xəbərlər
Ordubadda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
KİV: Suriyada təxribat səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb
Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Naxçıvanın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













