Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
sizinxeber.az xəbər saytı

Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq


Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Azərenerji"dən bildirilib.

Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan, 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

Oxşar xəbərlər

Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Naxçıvanın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq 
Sumqayıtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Ordubadda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər