Milli Məclis elektrik közərmə lampaları ilə bağlı qadağanı təsdiqləyib
sizinxeber.az xəbər saytı

Milli Məclis elektrik közərmə lampaları ilə bağlı qadağanı təsdiqləyib


Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.

"Sizinxeber.az" xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək.

Oxşar xəbərlər

MM 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı haqda qadağanı I oxunuşda qəbul edib
Azərbaycanda azı 25 Vt gücə malik olan elektrik közərmə lampaları ilə bağlı cərimələr müəyyənləşir
Gələn ildən 60 Vt və yuxarı gücə malik lampaların idxalı, istehsalı və satışı qadağan edilir
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik son oxunuşda qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər