Gələn ildən 60 Vt və yuxarı gücə malik lampaların idxalı, istehsalı və satışı qadağan edilir
sizinxeber.az xəbər saytı

Gələn ildən 60 Vt və yuxarı gücə malik lampaların idxalı, istehsalı və satışı qadağan edilir


60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı qadağan edilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:

- 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;

- 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.

Oxşar xəbərlər

Azərbaycanda azı 25 Vt gücə malik olan elektrik közərmə lampaları ilə bağlı cərimələr müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrik mühərrikli avtomobillərin doldurucularının idxalı və satışı daha 2 il ƏDV-dən azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrik mühərrikli avtomobillərin doldurucularının idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər