MM 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı haqda qadağanı I oxunuşda qəbul edib
Gələn ildən etibarən 60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı qadağan edilir.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirə edilib.
Bildirilib ki, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı dayandırılır.
Qanun layihəsinə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları isə 2026-cı il iyulun 1-dən qadağan edilir.
Qanuna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinə də yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata, hüquqi şəxslər 3 000 manatdan 4 000 manata qədər cərimə edilir.
Həmçinin, daha bir dəyişikliklə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata, hüquqi şəxslər 4 000 manatdan 5 000 manata qədər cərimə edilir.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Azərbaycanda azı 25 Vt gücə malik olan elektrik közərmə lampaları ilə bağlı cərimələr müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn ildən 60 Vt və yuxarı gücə malik lampaların idxalı, istehsalı və satışı qadağan edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik son oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM elektrik mühərrikli avtomobillərin idxalı və satışının ƏDV-dən daha iki il azad olunmasını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












