Tokayev: "Qazaxıstanın iqlim gündəliyi regional əməkdaşlıq prioritetlərinə əsaslanır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
15:00

Tokayev: "Qazaxıstanın iqlim gündəliyi regional əməkdaşlıq prioritetlərinə əsaslanır"

04 apr, 2025
15:00
702

Tokayev: "Qazaxıstanın iqlim gündəliyi regional əməkdaşlıq prioritetlərinə əsaslanır"

Qazaxıstanın iqlim gündəliyi özündə regional əməkdaşlıq prioritetlərini, beynəlxalq qarşılıqlı fəaliyyəti və praqmatik ambisiyaları cəmləşdirir.

“Sizinxeber.az”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mərkəzi Asiya – Avropa İttifaqı" sammiti çərçivəsində keçirilən Beynəlxalq İqlim Forumunun açılışında bildirib.

Onun sözlərinə görə, ölkə iqlim böhranı qarşısında həssas olan ölkələrə dəstək üzrə qlobal səylərə töhfə verir və "yaşıl keçidi” strateji prioritet kimi nəzərdən keçirir.

"Strategiyamızda bərpa olunan enerji əsas yer tutur. Biz "yaşıl hidrogen“in istehsalı üzrə dünyanın ən böyük layihələrindən birini həyata keçiririk. Dünyanın aparıcı korporasiyaları ilə tərəfdaşlıq çərçivəsində külək və günəş enerjisi istehsalı layihələrini işə salmışıq. Qazaxıstan dünya uranının təxminən 40 %-ni istehsal edir. Dünya elektrik enerjisinin təxminən 10 %-nin atom elektrik stansiyalarında istehsal olunduğunu nəzərə alsaq bu mühüm töhfədir. Qazaxıstan indi emissiyaları azaltmaq və enerji təhlükəsizliyini artırmaq üçün ilk atom elektrik stansiyasını inşa etməyi planlaşdırır", - K.Tokayev vurğulayıb.

Bizimlə əlaqə saxlayın