Antonio Koşta: “Avropa Mərkəzi Asiyadan “yaşıl enerji keçidi” sahəsində innovativ yanaşmalar baxımından çox şey öyrənə bilər”
sizinxeber.az xəbər saytı

Antonio Koşta: “Avropa Mərkəzi Asiyadan “yaşıl enerji keçidi” sahəsində innovativ yanaşmalar baxımından çox şey öyrənə bilər”


Enerji keçidi Mərkəzi Asiya üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə yeni imkanlar yaradır

“Sizinxeber.az”un Səmərqəndə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikri Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta “Mərkəzi Asiya – Avropa İttifaqı” sammiti çərçivəsində keçirilən Beynəlxalq İqlim Forumunun açılış mərasimində səsləndirib.

“Mərkəzi Asiyada müşahidə olunan enerji keçidi təkcə regionun gələcəyi üçün böyük fürsətlər yaratmır, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçməsi üçün geniş üfüqlər açır”, - deyə o bildirib.

A. Koşta vurğulayıb ki, Avropa Mərkəzi Asiya ölkələrindən “yaşıl enerji keçidi” və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində innovativ yanaşmalar baxımından çox şey öyrənə bilər:

“Əməkdaşlıq vasitəsilə biz "təmiz enerji", enerji səmərəliliyi və su ehtiyatlarının davamlı idarə olunması istiqamətində investisiyaları sürətləndiririk. Bu isə regionlarımız üçün daha davamlı və sabit gələcəyin formalaşdırılmasına xidmət edir. Mərkəzi Asiya ilə birgə gördüyümüz işlər iqlim modelinin imkanlarını genişləndirir, infrastrukturun dayanıqlılığını artırır və cəmiyyətləri iqlim dəyişikliyinin yaratdığı risklərdən qoruyur”.

A.Koşta həmçinin qeyd edib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə birlikdə sammitdə iştirakı Aİ-nin Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığa verdiyi önəmi və bu əməkdaşlığa sadiqliyini nümayiş etdirir.

Oxşar xəbərlər

Antonio Koşta: "Aİ Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır"
Pərviz Şahbazov: "Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq"
Koşta: Aİ Paris iqlim sazişi üzrə öhdəliklərinə sadiqdir
Tokayev: “Qazaxıstan, Azərbaycan və Özbəkistan "yaşıl enerji” sahəsində irimiqyaslı layihə üzərində işləyir”
BMT baş katibi: İqlim dəyişiklikləri Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər