Bakıda energetika sahəsində daha 4 sənəd imzalanacaq
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 4 sənəd imzalanacaq.
“Sizinxeber.az” xəbər verir ki, imzalanma mərasimində Azərbaycan, Özbəkistan, Qazaxıstan energetika nazirliklərinin, Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələri iştirak edəcəklər.
Bu sənədlərə “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi və Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti və "Enerso Cəbrayıl" MMC arasında Azərbaycan Respublikasında “Horizon Solar PV” layihəsi ilə bağlı İnvestisiya Sazişi”, “Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Cəbrayıl” MMC arasında Azərbaycan Respublikasında "Şəms Solar" günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Sazişi” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvanda 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi ilə bağlı İcra Sazişi” daxildir.
Xatırladaq ki, bu gün artıq Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “Azərenerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb.
Oxşar xəbərlər
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Pərviz Şahbazov: "Azərbaycan meqa təşəbbüslərin həyata keçirilməsinə başlayır"
Pərviz Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
