"OPEC+" ölkələri neft hasilatının artırılması barədə razılığa gəlib
"OPEC+" razılaşmasının iştirakçısı olan səkkiz ölkə may ayından etibarən gündəlik neft hasilatının 411 min barel artırılması barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə OPEC-in məlumatında bildirilib.
Həmçinin gündəlik 2,2 milyon barel həcmində neft hasilatı ilə bağlı qüvvədə olan məhdudiyyətlərin aradan qaldırılmasının sürətləndirilməsi barədə qərar qəbul edilib.
OPEC-dən bildirilib ki, bu daimi artım dəyişən şəraitdən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər, çeviklik isə iştirakçı ölkələrə hasilatın azaldılmasındakı kəsirin kompensasiyasını tezləşdirməyə imkan verəcək. Səkkiz ölkənin növbəti görüşü mayın 5-nə planlaşdırılıb.
Yeni plana əsasən, Rusiyanın may ayı üçün kvotası gündəlik 9,083 milyon barel, Səudiyyə Ərəbistanının kvotası isə 9,2 milyon barel təşkil edəcək.
Oxşar xəbərlər
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Azərbaycan fevralda "OPEC+" kvotasından gündəlik 75 min barel geri qalıb
IEA: Azərbaycan yanvarda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
“OPEC plus”un 8 ölkəsi neft hasilatı ilə bağlı siyasəti müzakirə edəcək
Azərbaycanda gündəlik neft hasilatı 569 min barel təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
