Azərbaycan Türkiyəyə qaz nəqlini 12 %-dən çox artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Türkiyəyə qaz nəqlini 12 %-dən çox artırıb


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 10 milyard 441,03 milyon kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk 11 ayı ilə müqayisədə 12,3 % çoxdur.

Ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 970,16 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 41,44 % çoxdur.

Bununla da noyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 16,7 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, 2023-cü ilin noyabr ayında Türkiyə Azərbaycandan 685,89 milyon kubmetr təbii qaz idxal edib.

Ümumilikdə isə noyabrda Türkiyə ümumilikdə 5 milyard 806,26 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 30,95 % çoxdur.

Noyabrda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İlin 11-cu ayında Rusiyadan Türkiyəyə 2 milyard 728,67 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 18,48 % çoxdur.

Noyabrda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 853,82 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin noyabr ayı ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 25,09 % artıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb
Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle