

Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 9 milyard 470,87 milyon kubmetr təbii qaz ixrac edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 10 % çoxdur.
Ötən ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,56 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 40,29 % çoxdur.
Bununla da oktyabr Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,52 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Türkiyə Azərbaycandan 718,91 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə oktyabrda Türkiyə ümumilikdə 3 milyard 952,22 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 17,69 % çoxdur.
Oktyabrda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İlin 10-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 711,12 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 13,84 % azdır.
Oktyabrda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 866,31 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin oktyabr ayı ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 6,75 dəfə artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb
Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
ABŞ-dən Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 10 ayda 23 % azalıb
Azərbaycan 10 ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Azərbaycanın Müstəqillik Günü münasibətilə Domodedovo hava limanında xüsusi proyeksiya edilib
